×
A
A
A
Sazlamalar

İndoneziya mətbuatı Qarabağın inkişafından yazıb

Bakı, 9 aprel, AZƏRTAC

İndoneziyanın oxunaqlı xəbər saytı “Kempalan” Azərbaycanın Qarabağla bağlı inkişaf perspektivlərinə dair məqalə dərc edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC-a bildirilib ki, İİTKM-in icraçı direktoru Vüsal Qasımlının hazırladığı məqalə Qarabağda inkişafın yeni modelinə həsr olunub. Məqalədə yarımbaşlıqlarla Azərbaycanın sürətli inkişafı, Qarabağın erməni işğalından azad edilməsi və yaşayış üçün müasir şəraitin bərpa olunmasına dair məqamlar detallı şəkildə əks olunub.
Məqalə ilə təqdim olunan link vasitəsilə tanış olmaq mümkündür: https://kempalan.com/2021/04/02/rencana-cerdik-azerbaijan-untuk-masa-depan-karabakh-pasca-konflik/

 

İqtisadiyyat 2021-04-09 16:13:00