×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 14-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Ailə Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 126; 2002, № 12, maddə 702; 2004, № 7, maddə 505; 2006, № 2, maddə 66, № 11, maddə 923, № 12, maddələr 1005, 1006; 2007, № 1, maddə 4, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1218; 2008, № 7, maddə 602; 2010, № 2, maddə 70, № 3, maddə 171, № 5, maddə 380, № 7, maddə 578; 2011, № 7, maddələr 585, 620, № 12, maddə 1110; 2014, № 12, maddə 1515; 2019, № 2, maddə 185, № 5, maddə 800, № 12, maddə 1906; 2020, № 7, maddə 832; Azərbaycan Respublikasının 2020-ci il 20 noyabr tarixli 199-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 117.6-1-ci maddəyə “qohumu” sözündən sonra “(bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları)” sözləri, “övladlığa verilməsinə” sözlərindən sonra “onlar uçota alındıqları gündən” sözləri əlavə edilsin.
2. 118-ci maddə üzrə:
2.1. 118.3.2-ci maddədə “şəxslərin” sözü “şəxsin (şəxslərin)” sözləri ilə əvəz edilsin;
2.2. 118.3.3-cü maddəyə “şəxsə” sözündən sonra “(şəxslərə)” sözü əlavə edilsin;
2.3. 118.15-ci maddədə “yaxın qohumlar” sözləri “qohumları” sözü ilə, “118.1.1-ci və 118.3.1-ci maddələrinin tələbləri həmin şəxslərə də şamil edilir” sözləri “118.3.2-118.3.5-ci maddələrinin tələbləri həmin şəxslərə şamil edilmir” sözləri ilə əvəz edilsin;
2.4. 118.24-cü maddədə “yaxın qohumlar” sözləri “qohumları” sözü ilə əvəz edilsin.
3. 119-cu maddə üzrə:
3.1. 119.4-cü maddədə “Yaxın qohumlar” sözləri “Qohumları” sözü ilə əvəz edilsin və həmin maddəyə “tərəfindən” sözündən əvvəl “, eləcə də ögey ata (ögey ana)” sözləri əlavə edilsin;
3.2. 119.11-ci maddədə “119.9.2-ci” sözləri “119.10.2-ci” sözləri ilə əvəz edilsin.
4. 120.1.8-ci maddədə “yaxın qohumlar” sözləri “qohumları” sözü ilə əvəz edilsin.
5. 120.4-cü maddədə “yaxın qohumları olan” sözləri “qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən” sözləri ilə əvəz edilsin.
6. 121.1-ci və 121-2-ci maddələrdə “yaxın qohumlar” sözləri “qohumları” sözü ilə əvəz edilsin.
7. 124-cü maddə üzrə:
7.1. 124-cü maddənin adı aşağıdakı redaksiyada verilsin:
“Maddə 124. Valideyn himayəsindən məhrum olan uşaqların övladlığa götürülməsinə razılıq”;
7.2. 124.2-ci maddədə “yazılı razılığı lazımdır” sözləri “həmin uşaqlarla bağlı fikri öyrənilir” sözləri ilə əvəz edilsin;
7.3. 124.3-cü maddədə “fikri öyrənilir” sözləri “rəyi alınır” sözləri ilə əvəz edilsin;
7.4. 124.4-cü maddəyə “razılığı olmadan” sözlərindən sonra “və ya fikri nəzərə alınmadan” sözləri əlavə edilsin.
8. 134-cü maddə üzrə:
8.1. 134.10-cu maddədə “da” sözü “bu Məcəllənin 125.3-cü maddəsi ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla” sözləri ilə əvəz edilsin;
8.2. 134.11-ci maddə ləğv edilsin.
9. 142.1-ci maddədə “uşağı” sözü “uşağın” sözü ilə, “vermə müqaviləsi” sözləri “verilməsinə dair müqavilə” sözləri ilə əvəz edilsin.
10. 145.3-cü maddənin birinci cümləsində “rəyi” sözü “fikri” sözü ilə əvəz edilsin.
11. 155.3-cü maddəyə birinci halda “vətəndaşı” sözündən sonra “, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxs” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 mart 2021-ci il.

“Məhkəmələr və hakimlər haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Dövlət rüsumu haqqında”, “Əmək pensiyaları haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Dəniz limanları haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Yol hərəkəti haqqında”, “Prokurorluq haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Notariat haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Biometrik informasiya haqqında”, “Fərdi məlumatlar haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə, 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də və 2009-cu il 4 dekabr tarixli 930-IllQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Qanunlar 2021-04-09 14:32:00