×
A
A
A
Sazlamalar

Azərbaycan Tibb Universiteti əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Tibb Universitetinin 90 illiyi münasibətilə Azərbaycanda tibb təhsilinin inkişafında xidmətlərinə görə Azərbaycan Tibb Universitetinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Ağayev Elçin Kamil oğlu
Axundov Ramiz Atalla oğlu
Camalov Fariz Hidayət oğlu
Cavadov Samir Sabir oğlu
Cəfərov Ələmdar Mədət oğlu
Əhmədov İlham Əvəzağa oğlu
Əliyeva Zemfira Abdul Həmid qızı
İsmayılov Qurban Meyfalı oğlu
Nəsirli Cəfər Əliabbas oğlu
Səlimov Rövşən İmran oğlu.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 aprel 2021-ci il.

Sərəncamlar 2021-04-09 14:05:00