×
A
A
A
Sazlamalar

Gəmilərdə dezinfeksiya işləri davam etdirilir

Bakı, 9 aprel, AZƏRTAC

“Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Naxçıvan”, “Zəngəzur”, “Balakən”, “Hövsan”, “Bulaq”, “NTY-2”, “Orion-4”, “Cənub-21”, “MPK-455”, “MPK-470”, “Üfüq”, “Turan”, “Məcik-1”, “PS-173” gəmilərində, Pirallahı Damba və Şimal körpülərinin ərazisində aparılıb.
Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.

Nəqliyyat 2021-04-09 11:54:00