×
A
A
A
Sazlamalar

Gənclərin iştirakı ilə “31 Mart soyqırımını unutmadıq” adlı tədbir keçirilib

Bakı, 1 aprel, AZƏRTAC

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Gəncə Gənclər evinin qarşısında açıq havada gənclərin iştirakı ilə “31 Mart soyqırımını unutmadıq” adlı tədbir keçirilib.
AZƏRTAC Azərbaycan Gənclər Nazirliyinin saytına istinadla xəbər verir ki, tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə soyqırımının miqyasından, onun acı nəticələrindən söz açılıb. Diqqətə çatdırılıb ki, gənclər tariximizi unutmamalı, ondan dərs çıxarmalı və soyqırımının dünyada tanıdılması istiqamətində fəallıq nümayiş etdirməlidirlər.

Sosial 2021-04-01 17:36:00