×
A
A
A
Sazlamalar

Musiqi məktəbi Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş onlayn tədbir keçirib

Bakı, 1 aprel, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Arif Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbi 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş onlayn tədbir keçirib.
İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə məktəbin müəllimi Aytən Əzizova və başqaları çıxış edərək 31 mart soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmasından, Azərbaycan xalqının tarixi torpaqlarından qovularaq zaman-zaman kütləvi qırğınlara məruz qalmalarından danışıb. Çıxışlarda 31 mart - Azərbaycanlıların Soyqırımı Günün tarixə qanlı bir faciə kimi düşərək heç vaxt unudulmayacağını və soyqırımı qurbanlarının qanının yerdə qalmadığını söyləyiblər.

Mədəniyyət 2021-04-01 13:27:00