×
A
A
A
Sazlamalar

Kazan məscidində 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 31 mart, AZƏRTAC
Martın 31-də Azərbaycanda və dünyanın bir çox ölkələrində 1918-ci ilin mart ayında Bakıda, Şamaxıda və digər şəhərlərdə azərbaycanlıların kütləvi soyqırımı qurbanlarının xatirəsi gününə həsr olunmuş tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, Kazandakı "Yardəm" məscidini ziyarət edənlər əsr namazından sonra müqəddəs Qurani-Kərimdən ayələr oxumaq, dualar etmək və soyqırımı qurbanlarının xatirə günü ilə bağlı Azərbaycan xalqına dərin hüznlə başsağlığı vermək üçün bir yerə toplaşıblar.
Azərbaycandakı "Tatarıstan" İctimai Birliyinin sədr müavini Emin Ramazanov faciədən bəhs edib və “Yardəm” məscidində ibadət edənlərə xalqımıza göstərdikləri dəstəyə və diqqətə görə dərin minnətdarlığını bildirib.

31 mart 2021-03-31 21:24:00