×
A
A
A
Sazlamalar

İçərişəhərdə “31 mart – terror və soyqırımı” adlı elmi-praktik seminar təşkil olunub

Bakı, 31 mart, AZƏRTAC

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) tərəfindən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı olaraq onlayn formatda “31 mart – terror və soyqırımı” adlı elmi-praktik seminar təşkil edilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, filologiya üzrə fəlsəfə doktoru İradə Musayevanın moderatorluğu ilə keçirilmiş tədbirdə “İçərişəhər” Muzey Mərkəzinin elmi katibi Səadət Ələkbərova “Erməni xisləti, xəbis planları tarixi faktlarda”, “İçərişəhər” Muzey Mərkəzinin Foto-mərkəz şöbəsinin baş mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru Günay Həsənova “Mart soyqırımı zamanı İçərişəhər”, Elmi-Mədəni Mərkəzin Elm şöbəsinin tarix üzrə elmi işçisi Nərmin Alıyeva “31 mart soyqırımı AXC mətbuatında”, Elmi-Mədəni Mərkəzin Elm şöbəsinin baş mütəxəssisi Gülsüm Hüseynova “Əsrlərlə Azərbaycan xalqının başına gələn soyqırımların ekran təcəssümü”, Elmi-Mədəni Mərkəzin Elm şöbəsinin mütəxəssisi Yeganə Babaşova “Əhməd bəy Ağaoğlu erməni soyqırımları haqqında”, “İçərişəhər” Muzey Mərkəzinin Bakı xanlarının iqamətgahının Ekspozisiya şöbəsinin mütəxəssisi Günel Qasımova “1918-ci ildə Bakıda ermənilərin törətdikləri qırğınlar”, “İçərişəhər” Muzey Mərkəzində muzey baxıcısı Selcan Osmanova “Cənubi Azərbaycanda türk-müsəlman əhalisinə qarşı soyqırımlar”, “İçərişəhər” Muzey Mərkəzinin Bakı xanlarının iqamətgahının Ekspozisiya şöbəsinin baş mütəxəssisi Gülər Quliyeva “31 mart – Azərbaycanlıların soyqırımı günü” adlı məruzələrlə çıxış ediblər.
Tədbir zamanı, həmçinin 31 mart tarixinə həsr olunmuş sənədli film nümayiş edilib.

 

Mədəniyyət 2021-03-31 18:53:00