×
A
A
A
Sazlamalar

Kitabxanada “Qan yaddaşımızın bərpa olunduğu gün” adlı virtual sərgi açılıb

Bakı, 31 mart, AZƏRTAC

F.Köçərli adına Respublika Uşaq Kitabxanası 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Qan yaddaşımızın bərpa olunduğu gün” adlı virtual sərgini oxuculara təqdim edib.
AZƏRTAC xəbər verir ki, virtual sərgininin əsas məqsədi, erməni terrorizminin vəhşilikləri ilə bağlı sərgilənən ədəbiyyatı oxucuların diqqətinə çatdırmaqdır.
Nümayiş olunan kitab və dövri materiallarda soyqırımı xronikası tarixi faktlarla mərhələləri əks olunub. Bu tarixin hər səhifəsində işğal olunmuş torpaqlar, dağıdılmış ev-eşiklər, viran qalmış od-ocaq, talan olmuş mədəniyyət abidələri ilə bərabər nənələrimizin, analarımızın ah-naləsi, körpələrin göz yaşları əbədi iz qoyub.
“Qan yaddaşımızın bərpa olunduğu gün” adlı virtual sərgini aşağıdakı link vasitəsi ilə izləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=OXJtIx8Ag5I 

31 mart 2021-03-31 15:16:00