Dövlət Rəsm Qalereyası mart soyqırımına həsr etdiyi videoçarxı təqdim edib
Bakı, 31 mart, AZƏRTAC
Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında törədilən soyqırımı aktları olub. Bakı şəhərində başlanılan kütləvi qırğınlar Azərbaycanın bütün ərazisinə yayılıb. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib.
Azərbaycan təsviri sənətində və xüsusilə rəssamların yaradıcılığında xalqımıza qarşı törədilən faciələr tarixin bütün mərhələlərində yer alıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanan videoçarxda rəssam Nazim Məmmədovun 1918-ci il mart soyqırımına həsr etdiyi silsilə qrafika və rəngkarlıq əsərləri yer alıb.
Videoçarx Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi “Facebook” və “Instagram” sosial şəbəkələrdəki səhifələri vasitəsilə yayımlanıb.
“Cırtdan” balacaları Şuşa Teatrında qarşılayacaq
AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək