×
A
A
A
Sazlamalar

Kürdəmir rayonunda kommunal tipli yaşayış binası yanıb

Bakı, 31 mart, AZƏRTAC

Kürdəmir rayonunun Aran qəsəbəsində kommunal tipli yaşayış binası yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ikimərtəbəli kommunal tipli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 40 kvadratmetr olan mənzil yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə 2021-03-31 11:14:00