×
A
A
A
Sazlamalar

Bakıda bankomatlardan 60 min manatdan çox pul oğurlayan şəxs saxlanılıb VİDEO

Bakı, 30 mart, AZƏRTAC
Paytaxtın Yasamal rayonunda banklardan birinə məxsus bankomatın saxlanc yerini qıraraq 15 min 457 manat məbləğində pulu oğurlamaq istəyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs, əvvəllər məhkum olunmuş Coşqun Həsənov Bakı Şəhər Baş Polis və Yasamal Rayon Polis idarələrinin 26-cı polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində cinayət başında tutularaq istintaqa təqdim olunub.
Araşdırma zamanı həmin şəxsin cari ilin fevralında paytaxtın Nərimanov rayonu ərazisində, Təbriz küçəsindəki bankomatlardan birindən 48 min 840 manat məbləğində pul oğurladığı da müəyyən edilib.
C.Həsənovun paytaxt, eləcə də Abşeron rayonu ərazisində digər cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə məlumat verə bilərlər.
Faktla bağlı saxlanılan şəxs barəsində Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırmalar davam etdirilir.

Hadisə 2021-03-30 18:14:00

Video