×
A
A
A
Sazlamalar

Xəzər rayonunda dərzi sexində yanğın baş verib

Bakı, 30 mart, AZƏRTAC

Paytaxtın Xəzər rayonunda dərzi sexində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ümumi sahəsi 400 kvadratmetr olan və hazırda fəaliyyət göstərməyən birmərtəbəli obyektin 40 kvadratmetrlik hissəsi və içərisində iki dəzgah yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə 2021-03-30 18:08:00