×
A
A
A
Sazlamalar

Nizami rayonunda restoranda toy mərasiminin təşkil edildiyi aşkarlanıb

Bakı, 30 mart, AZƏRTAC

Paytaxtın Nizami rayonunda restoranların birində xüsusi karantin rejimi qaydalarına əməl olunmadığı və toy mərasiminin keçirilməsi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozan obyektin sahibi, xidmət personalı, mərasimin təşkilatçıları və iştirakçıları barəsində polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi həmin şəxslərin diqqətinə çatdırılıb.
Ümumilikdə 35 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.
Toy sahiblərinin hər biri 400 manat, mərasiminin təşkilinə şərait yaradan restoranın müdiri barəsində 4 min manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.
Restoranın inzibatçısı barəsində toplanmış material isə Nizami Rayon Məhkəməsinə göndərilib.

Hadisə 2021-03-30 16:06:00