×
A
A
A
Sazlamalar

Sumqayıtda satıcını bıçaqla hədələyib mağazadan oğurluq edən şəxs tutulub

Bakı, 30 mart, AZƏRTAC

Sumqayıtın Novruz qəsəbəsi ərazisindəki mağazaların birində bir nəfərin satıcı X.Hüseynovu bıçaqla hədələyib, əl-ayağını iplə bağlayaraq, kassadan 1070 manat məbləğində pul, 6 min manat dəyərində tütün məmulatı, spirtli və sərinləşdirici içkilər aparması barədə polisə məlumat verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu cinayəti törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunan M.Abdullayev və C.Bayramzadə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Hadisə ilə bağlı təhqiqat aparılır.

Hadisə 2021-03-30 15:38:00