×
A
A
A
Sazlamalar

Sabirabad rayonunda velosipedçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 30 mart, AZƏRTAC

Sabirabad rayonunun Qaralar kəndi ərazisində hələlik müəyyən edilməmiş avtomobillə velosiped sürən Kürkəndi kənd sakini M.Tağıyev vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəza nəticəsində M.Tağıyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə ilə bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Hadisə 2021-03-30 15:14:00