×
A
A
A
Sazlamalar

Paytaxtın Nizami rayonu ərazisində dörd avtomobil toqquşub

Bakı, 30 mart, AZƏRTAC

Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakinləri A.Kərimovun idarə etdiyi “Toyota Prado”, H.Mədətovun idarə etdiyi “Toyota Corolla”, K.Həsənovun idarə etdiyi “Mercedes” və İ.Həşimovanın idarə etdiyi “Range Rover” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hadisə nəticəsində H.Mədətovun sərnişini, anası Rəhilə Mədətova həlak olub.
Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 

Hadisə 2021-03-30 15:08:00