×
A
A
A
Sazlamalar

Masallı rayon sakinindən bir kiloqramdan artıq heroin götürülüb

Bakı, 30 mart, AZƏRTAC
Masallı rayon sakinindən bir kiloqramdan artıq heroin götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini A.Ağabalayev Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.
Onun Xətai rayonundakı kirayədə yaşadığı mənzilə baxış zamanı oradan 1 kiloqram 147 qramdan artıq heroin, 72 qramdan artıq tiryək və 14 qramdan artıq metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2021-03-30 15:03:00