×
A
A
A
Sazlamalar

Cəlilabadda keçmiş qayınatasına ov tüfəngi ilə atəş açaraq xəsarət yetirən şəxs tutulub

Bakı, 30 mart, AZƏRTAC

Cəlilabad Rayon Polis şöbəsinə martın 29-da Hacıcavad kəndi ərazisində kənd sakini, ruhi xəstə R.Məmmədovun münaqişə zəminində tüfəngdən atəş açaraq, keçmiş qayınatası S.Əmirovun ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, R.Məmmədov polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Ondan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə 2021-03-30 14:35:00