×
A
A
A
Sazlamalar

Bakıda yaşayış yerini tərk edən 7 nəfər koronavirus xəstəsi saxlanılıb

Bakı, 30 mart, AZƏRTAC

Daxili işlər orqanlarının əməkdaşları karantin rejimi tələblərinin təmin olunması, koronavirus infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət–profilaktik tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, martın 28-də və 29-da paytaxtın Qaradağ, Yasamal və Xətai Rayon Polis idarələrinin əməkdaşları tərəfindən həmin rayonların ərazisində 7 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanıblar. Ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, onların yaşayış yerlərini tərk etdikləri müəyyən olunub.
Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıblar. Həmin şəxslər tibbi prosedurlar gözlənilməklə yaşadıqları evlərə qaytarılıblar. Bu barədə müvafiq səhiyyə qurumu da məlumatlandırılıb.

 

Hadisə 2021-03-30 14:30:00