×
A
A
A
Sazlamalar

Balakəndə gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb

Bakı, 30 mart, AZƏRTAC

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı xüsusi karantin rejimi qaydalarına əməl etməyən kafe aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, rayonun Qazma kəndində “Yeni məkan” adlı kafenin gecə saat 12-dən sonra gizli fəaliyyət göstərdiyi müəyyən edilib.
Obyekti icarə əsasında işlədən Ramazan Nuriyev və oradakı müştərilər barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq və baxılması üçün rayon məhkəməsinə göndərilib.

 

Hadisə 2021-03-30 12:14:00