×
A
A
A
Sazlamalar

Ötən ay Azərbaycanda 260 kiloqramdan çox qızıl istehsal olunub


Bakı, 19 mart, AZƏRTAC
Fevralda mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 260,1 kiloqramı qızılın payına düşüb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 10,8 kiloqram az olub.
Martın 1-nə olan vəziyyətə əsasən, 410,3 kiloqram hazır qızıl ehtiyatı var.

Sənaye 2021-03-19 18:37:00