×
A
A
A
Sazlamalar

Keçən ay qiymətli metal filizləri və konsentratlarının istehsalı azalıb

Bakı, 19 mart, AZƏRTAC

Cari ilin fevral ayı ərzində mədənçıxarma sənayesinin əsas məhsul növlərindən sayılan qiymətli metal filizləri və konsentratlarının istehsalı 645,1 kiloqram olub.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 47,3 kiloqram azalıb.
Martın 1-nə olan vəziyyətə əsasən 612,1 kiloqram hazır məhsul ehtiyatı var.

 

Sənaye 2021-03-19 16:30:00