×
A
A
A
Sazlamalar

İki ayda 65 min tondan çox sement məhsulları ixrac edilib

Bakı, 18 mart, AZƏRTAC

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan 65,6 min tondan çox hazır və ya klinker formasında sement məhsulları ixrac edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinin (DGK) məlumatlarına istinadla xəbər verir ki, ixrac edilən sement məhsullarının dəyəri isə 2,2 milyon ABŞ dollarından çox olub.
Bu göstərici hesabat dövründə ümumi ixracın 0,08 faizinə, qeyri-neft sektoru üzrə ixracın isə 0,66 faizinə bərabərdir.

Sənaye 2021-03-18 18:23:00