×
A
A
A
Sazlamalar

Sement məhsullarının ixracı artıb

Bakı, 18 mart, AZƏRTAC

Fevralda Azərbaycandan 35,5 min tondan çox hazır və ya klinker formasında sement məhsulları ixrac edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinin (DGK) məlumatlarına istinadla xəbər verir ki, ay ərzində ixrac edilən sement məhsullarının dəyəri isə 1,1 milyon ABŞ dolları olub.
Xatırladaq ki, yanvarda Azərbaycandan 30 min tondan çox hazır və ya klinker formasında sement məhsulları ixrac olunmuş, həmin ixracın dəyəri isə 1,02 milyon dollar təşkil etmişdi.

Sənaye 2021-03-18 14:39:00