×
A
A
A
Sazlamalar

İki ayda qiymətli metal filizləri və konsentratlarının istehsalı azalıb

Bakı, 18 mart, AZƏRTAC

Yanvar-fevral aylarında mədənçıxarma sənayesinin əsas məhsul növlərindən sayılan qiymətli metal filizləri və konsentratlarının istehsalı 1337,5 kiloqram olub.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz azalıb.
Martın 1-nə olan vəziyyətə əsasən, 612,1 kiloqram hazır məhsul ehtiyatı qalıb.

Sənaye 2021-03-18 11:51:00