×
A
A
A
Sazlamalar

Gümüş istehsalı azalıb

Bakı, 18 mart, AZƏRTAC

Bu ilin yanvar-fevral aylarında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 806,5 kiloqramı gümüşün payına düşüb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu göstərici keçən ilin müvafiq ayları ilə müqayisədə 5,8 faiz azalıb.
Cari ilin martın 1-nə olan vəziyyətə əsasən, hazır gümüş ehtiyatı 201,8 kiloqram təşkil edib.

 

Sənaye 2021-03-18 11:35:00