×
A
A
A
Sazlamalar

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 167; 2001, № 11, maddə 691; 2002, № 12, maddə 706; 2004, № 3, maddə 133; 2005, № 8, maddə 684; 2008, № 2, maddə 49, № 5, maddə 342; 2010, № 11, maddə 937; 2013, № 5, maddə 482; 2017, № 7, maddə 1261; 2018, № 6, maddə 1173; 2019, № 1, maddə 22) 27-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci hissənin üçüncü abzası aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan folkloru nümunələri (ənənəvi mədəni nümunələr) və Azərbaycanın ənənəvi bilikləri ictimai varidata daxildir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada dövlət qeydiyyatına alınır və şəhadətnaməsi tərtib edilir. Şəhadətnamənin nümunəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Şəhadətnamənin depozitarisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandır (qurumdur).”.
2. 2-ci hissənin ikinci cümləsində “Azərbaycan Respublikasının dövlət büdcəsinə” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına” sözləri ilə əvəz edilsin və həmin cümləyə “köçürülür” sözündən sonra “və müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə istifadə olunur” sözləri əlavə edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 23 fevral 2021-ci il.

Qanunlar 2021-03-17 20:10:00