×
A
A
A
Sazlamalar

Bu il ölkədə 531 kiloqram qızıl istehsal olunub

Bakı, 17 mart, AZƏRTAC

Yanvar-fevral aylarında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 531 kiloqramı qızılın payına düşüb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq ayları ilə müqayisədə 79,8 faiz azalıb.
Martın 1-nə olan vəziyyətə əsasən, 410,3 kiloqram hazır qızıl ehtiyatı var.

Sənaye 2021-03-17 16:02:00