×
A
A
A
Sazlamalar

Müdafiə naziri işğaldan azad edilmiş ərazilərdə yerləşən bölmələrdə olub VİDEO

Bakı, 17 mart, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən görülən işlər davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan iki bölmədə aparılan işlərlə tanış olaraq modul tipli komplekslərə baxış keçirib və çay süfrəsi arxasında hərbi qulluqçularla söhbət aparıb.
Xatırladaq ki, azad edilmiş ərazilərdə şəxsi heyətin rahat yerləşməsi, qidalanması və məişət şəraitinin yüksək səviyyədə təmin edilməsi məqsədilə qısa müddətdə onlarla müxtəlif təyinatlı modul tipli komplekslər quraşdırılıb. Bu istiqamətdə fəaliyyətlər hazırda da davam etdirilir.
İşğaldan azad edilmiş ərazilərdə şəxsi heyətin ərzaq, təzə tərəvəz və digər kənd təsərrüfatı məhsulları ilə təminatını gücləndirmək məqsədilə Ali Baş Komandanın tapşırığına əsasən yeni ərzaq anbarları tikilərək istifadəyə verilib.
Şəxsi heyətin ilboyu təzə və yüksək kalorili ərzaq ilə təmin olunması məqsədilə istifadəyə verilən bu anbarlarda saxlanılan məhsullar təminatı gücləndirmək üçün müxtəlif istiqamətlərdə yerləşən hərbi hissə və bölmələrə çatdırılır.

Ordu 2021-03-17 13:09:00

Video