×
A
A
A
Sazlamalar

Yanvar-fevral aylarında 23,6 milyon dollarlıq polietilen ixraca göndərilib

Bakı, 16 mart, AZƏRTAC

Yanvar-fevral aylarında Azərbaycandan 24,3 min ton polietilen ixrac olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, ixrac olunan polietilenin dəyəri isə 23,6 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, 2020-ci ilin eyni aylarında 13,4 milyon dollarlıq 19,1 min ton polietilen ixrac olunub.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində yüksəksıxlıqlı polietilen zavodu tikilib. Zavod gündəlik 330 ton, illik 120 min ton istehsal gücünə malikdir. Məhsulun 25 faizi daxili bazar, 75 faizi isə ixrac üçün nəzərdə tutulub.

Sənaye 2021-03-16 16:31:00