×
A
A
A
Sazlamalar

Kimya sənayesi məhsullarının ixracı azalıb

Bakı, 16 mart, AZƏRTAC

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan 18,2 min ton kimya sənayesi məhsulları ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən kimya sənayesi məhsullarının dəyəri isə 6,3 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2020-ci ilin eyni aylarında ixrac olunan 99,6 min ton kimya məhsullarının dəyəri 13,8 milyon dollar təşkil etmişdi.

Sənaye 2021-03-16 16:00:00