×
A
A
A
Sazlamalar

İki ayda ölkədən metanol ixrac edilməyib

Bakı, 16 mart, AZƏRTAC

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan metanol ixrac olunmayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Qeyd edək ki, 2020-ci ilin eyni aylarında dəyəri 7,2 milyon ABŞ dolları olmaqla 72,5 min ton metanol ixrac olunmuşdu. Keçən il ərzində isə 51,1 milyon dollarlıq 471,2 min tondan çox metanol ixrac edilmişdi.

 

Sənaye 2021-03-16 15:23:00