×
A
A
A
Sazlamalar

Kimya sənayesində istehsal artıb

Bakı, 16 mart, AZƏRTAC

Yanvar-fevral aylarında kimya sənayesində məhsul buraxılışı artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, iki ayda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 211,6 milyon manatlıq məhsul istehsal edilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 9,6 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalında 45,3 faiz, kimya sənayesində isə 6,5 faiz artıb.
Lak-boya məmulatlarının istehsalı 2,2 dəfə, rezin və plastik kütlə məmulatlarından plastik borular, borucuqlar və şlanqlar üçün fitinqlərin istehsalı 6,7 dəfə, bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı 13,8 faiz artıb.

 

Sənaye 2021-03-16 14:29:00