×
A
A
A
Sazlamalar

Polietilen və etilen istehsalı artıb

Bakı, 16 mart, AZƏRTAC

Yanvar-fevral aylarında Azərbaycanda 24,6 min ton propilen (ondan əmtəəlik 23 min ton), 33,2 min ton polietilen, 33,1 min ton etilen, 0,1 min ton metanol (metil spirti) istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, iki ayda kimya sənayesində məhsul buraxılışı ötən ilin eyni ayları ilə müqayisədə 6,5 faiz artıb. Martın 1-nə 0,4 min ton propilen, 11,7 min ton polietilen və 3,8 min ton metanol hazır məhsul ehtiyatı kimi qalıb.
Əsas kimya məhsullarından polietilen istehsalı 21,2 faiz, etilen istehsalı isə 20,8 faiz artıb.

 

Sənaye 2021-03-16 13:26:00