×
A
A
A
Sazlamalar

Amerikada kartondan da evlər tikilir

Bakı, 15 mart, AZƏRTAC

ABŞ-da şəhərətrafı ərazilərdəki yaşayış binalarının bəzilərinin inşasında karton və alçipandan istifadə edilir. Amerikalılar niyə belə ucuz materialları seçirlər?
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, birinci və ən vacib səbəb tikinti xərclərinin azaldılması və sürətlənməsidir. Bundan əlavə, karton, alçipan və digər bənzər materiallardan hazırlanmış evlər tez bir zamanda tikilir və lazım olduqda tez də sökülür.
ABŞ-da sel və qasırğa problemi çox aktual olduğundan təhlükəsizlik amilinə xüsusi önəm verilir. Bu cür riskləri mümkün qədər minimuma endirmək üçün ən yüngül materiallardan istifadə olunur. Ən nəhayət, belə evlərin təmiri xərclərinə də qənaət edilir.

Bu maraqlıdır 2021-03-15 18:21:00