×
A
A
A
Sazlamalar

Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alır:

Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:
1. Şərur rayonunun inzibati ərazi bölgüsünə daxil olan Dəmirçi kənd inzibati ərazi dairəsi tərkibindəki Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilsin.
2. Dəmirçi kənd inzibati ərazi dairəsi Şərur rayonunun tabeliyindən çıxarılaraq Sədərək rayonunun tabeliyinə verilsin.
3. Şərur rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 4444 ha torpaq sahəsi bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq Sədərək rayonunun inzibati ərazisinə birləşdirilsin.

 

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 fevral 2021-ci il.

Qanunlar 2021-03-13 17:55:00