×
A
A
A
Sazlamalar

Baş Prokurorluğun əməkdaşları beynəlxalq seminarda iştirak ediblər

Bakı, 5 mart, AZƏRTAC

Avropa Şurasının Kibercinayətkarlıq üzrə proqram ofisinin təşkilatçılığı ilə mart 3-5-də “Kiber təhdidlərə qarşı çevik mübarizə qrupları (CSİRT) ilə Hüquq mühafizə orqanları arasında əməkdaşlıq” mövzusunda beynəlxalq səviyyəli ekspertlərin iştirakı ilə onlayn seminar keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarda prokurorluq, gömrük, ədliyyə orqanları və digər qurumların nümayəndələri iştirak ediblər.
Seminarın əsas məqsədi kiber təhdidlər problemini daha yaxşı həll etmək və ölkədaxili təhlükəsizliyi gücləndirmək məqsədilə kiber hücumlara qarşı dayanıqlığını və ədalət mühakiməsi orqanlarının potensialını artırmaq və gücləndirməkdir.
Seminarda kibercinayətkarlıq sahəsində beynəlxalq əməkdaşlıq, müxtəlif ölkələrdə kibercinayətlərin araşdırılması standartları, bu növdən olan cinayətlərin istintaqı zamanı istintaq orqanları ilə CSIRT arasında rəsmi və qeyri-formal əməkdaşlıq üsulları və digər mövzular ətrafında müzakirələr aparılıb, bu sahədə milli qanunvericilik barədə ətraflı məlumat verilib. Bunlarla yanaşı, təlim iştirakçıları arasında faydalı təcrübə mübadiləsi aparılıb.

Hadisə 2021-03-05 17:58:00