×
A
A
A
Sazlamalar

MİHİ Respublika Komitəsinin şəhər, rayon komitələrinin və ilk Həmkarlar İttifaqı Təşkilatlarının bir qrup sədri mükafatlandırılıb

Bakı, 5 mart, AZƏRTAC

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsinin sədri Cəmilə Səttarova Komitənin şəhər, rayon komitələrinin və ilk Həmkarlar İttifaqı Təşkilatlarının bir qrup sədrinə döş nişanı təqdim edib.
AZƏRTAC xəbər verir ki, mükafatlandırma Azərbaycan Həmkarlar İttifaqının yaranmasının 115 illiyinə həsr olunub.
Təltif olunanlar arasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin Həmkarlar ittifaqı komitəsinin sədri Azər Əliyev də var.

Mədəniyyət 2021-03-05 16:50:00