×
A
A
A
Sazlamalar

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs tutulub VİDEO

Bakı, 5 mart, AZƏRTAC

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Nofəl Hüseynov Sabunçu Rayon İdarəsinin 15-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarış zamanı ondan heroin aşkar edilib. Saxlanılan şəxsin yaşadığı evinə baxış zamanı 1 kiloqram 500 qram heroin aşkarlanaraq götürülüb. Araşdırma zamanı müəyyən olunub ki, Nofəl Hüseynov narkotik vasitələri satmaq məqsədilə şəxsiyyəti istintaqla araşdırılan bir nəfərdən əldə edib.
Faktla bağlı saxlanılan şəxs barəsində 15-ci polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. N.Hüseynov tutularaq istintaqa cəlb olunub. Narkotik maddələrin mənbəyinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Hadisə 2021-03-05 15:23:00

Video