×
A
A
A
Sazlamalar

Şirvan şəhər sakinləri qanunsuz ov etdiklərinə görə saxlanılıblar

Bakı, 5 mart, AZƏRTAC

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları Minbaşı kəndi ərazisində qanunsuz ov edən Şirvan şəhər sakinləri A.Bədirov və R.Şirəliyevi saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onlardan müvafiq sənədləri olmayan “Tula” və “İJ-58” markalı ov tüfəngləri götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2021-03-05 14:42:00