×
A
A
A
Sazlamalar

Nəsimi rayonunda beş evdən su sayğacı oğurlayan şəxs yaxalanıb

Bakı, 5 mart, AZƏRTAC

Nəsimi rayonunda evlərdən su sayğacları oğurlayan şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 2-də və 3-də rayon ərazisindəki beş evin girişlərində quraşdırılmış su sayğaclarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Fətullayev Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2021-03-05 14:34:00