×
A
A
A
Sazlamalar

Azərbaycanın İsveç, Norveç̧ və Finlandiyadakı diasporları Xocalı soyqırımının ildönümü ilə əlaqədar birgə tədbir keçiriblər

Stokholm 2 mart, AZƏRTAC

Azərbaycanın İsveç, Norveç̧ və Finlandiyadakı diasporları Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar birgə toplantı keçirib.
AZƏRTAC xəbər verir ki, İsveç̧ Azərbaycanlılarının Koordinasiya Şurasının təşəbbüsü̈ əsasında Norveç̧ və Finlandiya Azərbaycanlılarının Koordinasiya şuraları ilə birgə təşkil olunan onlayn anım tədbirində İsveç̧, Norveç̧, Finlandiya, Almaniya, Türkiyə və Azərbaycanın bir çox təşkilatlarının, dərnəklərinin təmsilçiləri, bədii qiraət ustaları və onların yetirmələri iştirak ediblər.
Koordinasiya Şurasının əlaqələndiricisi İradə Əliyeva Söderberg toplantıda giriş sözü ilə çıxış edərək, iştirakçıları 29 il əvvəl törədilən hadisələr barədə məlumatlandırıb.
“Odlar Yurdu” İsveç–Azərbaycan Mədəniyyət Dərnəyinin sədri Sevinc Nemətova (Bakılı) Xocalı soyqırımı törədilən gecə baş verən dəhşətlərdən danışıb.
Sonra tarix üzrə fəlsəfə doktoru, dosent Boran Əziz “Xocalı soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri” mövzusunda geniş mühazirə ilə çıxış edib.
Daha sonra bədii qiraət ustası Bəhiyyə Nağıyeva və onun şagirdləri – “Xəzər” bədii qiraət dərnəyinin üzvləri poeziya çələngi təqdim ediblər.
Tədbirdə, həmçinin Şirzad Pirallahı və onun tələbəsi “Şəhid andı” şeirini oxuyublar.

Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Qan yaddaşı 2021-03-02 18:50:00