×
A
A
A
Sazlamalar

Yeni Zelandiyada yaşayan soydaşlarımız Xocalı faciəsi ilə əlaqədar məlumatlandırma aksiyası keçiriblər

Tokio, 2 mart, AZƏRTAC

Yeni Zelandiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Qalib Mahmudovun təşəbbüsü və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Vellinqton şəhərində Xocalı faciəsinə dair məlumatlandırma aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, “Xocalıya ədalət” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində təşkil olunan aksiya zamanı cəmiyyətin üzvləri Xocalı soyqırımı barədə fotoşəkillərin və informasiyanın əks olunduğu 1500 broşürü yerli sakinlərə paylayıblar. Broşürlər sakinlərin poçt qutularına atılıb.
Vellinqton sakinlərinin bu dəhşətli faciə barədə daha çox məlumat almaları üçün broşürlərdə “justiceforkhojaly.org” portalının QR-kodu yerləşdirilib.


Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Xocalı faciəsi 2021-03-02 15:14:00