×
A
A
A
Sazlamalar

Yanvarda 30 min tondan çox sement məhsulları ixrac edilib

Bakı, 2 mart, AZƏRTAC

Cari ilin yanvar ayında Azərbaycandan 30 min tondan çox hazır və ya klinker formasında sement məhsulları ixrac edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinin (DGK) məlumatlarına istinadla xəbər verir ki, ixrac edilən sement məhsullarının dəyəri isə 1,02 milyon ABŞ dolları olub.
Bu göstərici yanvarda ümumi ixracın 0,06 faizinə, qeyri-neft sektoru üzrə ixracın isə 0,7 faizinə bərabərdir.

Sənaye 2021-03-02 14:50:00