×
A
A
A
Sazlamalar

Monteneqro və Bosniya mediasında Xocalı soyqırımı barədə materiallar verilib

Bakı, 1 mart, AZƏRTAC
Monteneqroda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və İqtisadi Mərkəzinin təşəbbüsü ilə Monteneqro və Bosniya mediasında "Xocalı soyqırımı - XX əsrin faciəsi" sərlövhəli məqalə yayımlanıb.
Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Mərkəzin xüsusi məsləhətçisi Bojidar Proroçiçin müəllifi olduğu məqalədə qeyd edilib ki, yalnız XX əsrdə azərbaycanlılar “böyük Ermənistan” mifi ilə yaşayan ermənilər tərəfindən 4 dəfə (1905-1906, 1918-1920, 1948-1953, 1988-1993) soyqırımı və etnik təmizləməyə məruz qalıblar.
Məqalədə Xocalı soyqırımına aparan ictimai-siyasi proseslər barədə ətraflı məlumat verilib, 29 il öncə Xocalıda baş verənlər təfərrüatı ilə təsvir edilib. Qeyd edilib ki, Azərbaycan dövləti Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasına nail olmaq üçün lazımi addımları atır. "Hər il milli səviyyədə soyqırımı qurbanlarının anılması ermənilərin Xocalıda törətdikləri dəhşətli qətliamın Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəyinə və soyqırımı törətmiş cinayətkarların gec-tez ədalət mühakiməsinə cəlb olunacağına dəlalət edir", - deyə müəllif vurğulayıb.

Xocalı faciəsi 2021-03-01 17:10:00