Bosniyalı redaktor Xocalı və Srebrenitsa soyqırımları arasında paralelliyi təhlil edib
Bakı, 28 fevral, AZƏRTAC
Şərqi Avropada fəaliyyət göstərən diasporumuzun təşəbbüsü ilə “Nova Zora” xəbər portalında “Xocalı soyqırımı və Srebrenitsadakı soyqırımı arasında paralel” sərlövhəli məqalə dərc olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, məqalənin müəllifi portalın redaktoru, araşdırmacı-jurnalist, etnik bosniyalı olan Faruk Tucakoviç Xocalı və Srebrenitsa soyqırımlarına aparan proseslərə diqqəti cəlb edib, Xocalı və Srebrenitsada baş verənlər barədə ətraflı məlumat verib. Məqalədə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın “Xocalıdan əvvəl azərbaycanlılar bizimlə zarafat etdiklərini, ermənilərin mülki əhaliyə qarşı əl qaldıra bilməyən insanlar olduğunu düşünürdülər. Bu stereotipi qırmağı bacardıq” etirafını nəzərə çatdırıb.
Müəllif yazıb ki, Xocalı soyqırımına göz yumulması bir neçə il sonra Srebrenitsada da soyqırımının baş verməsinə səbəb olub: “Srebrenitsa məsələsində olduğu kimi Xocalı hadisəsində də soyqırımı cinayətini törədənlər hələ 30 il keçdikdən sonra da ədalətini gözləyir və ədalət axtarırlar”.
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı ümumukrayna onlayn konfransı keçirilib
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
Xocalı faciəsi ilə əlaqədar Sloveniyanın paytaxtında maarifləndirmə aksiyası keçirilib
Parisdə “İşgəncələr məbədi - Şuşa həbsxanası” sənədli filmi nümayiş olunub VİDEO