×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı qurbanlarının xatirəsi Münhen şəhərində yad edilib VİDEO

Berlin, 27 fevral, AZƏRTAC

Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin “Xocalıya ədalət!” kampaniyası çərçivəsində keçirdiyi tədbirlər başa çatıb. Münhen şəhərində yerləşən Azərbaycan evində keçirilən son tədbirdə azərbaycanlılardan başqa müxtəlif millətlərin nümayəndələri də iştirak ediblər. Azərbaycan evinin rəhbəri Səttar Kərimov tədbirdə Xocalı soyqırımı haqqında məlumat verib. Eyni zamanda, mərkəzin adından Bavariya parlamentinə Xocalı soyqırımının parlament tərəfindən tanınması ilə bağlı müraciət məktubu yazılıb. Eyni məktub Bundestaqa, insan hüquqları üzrə Avropa və alman təşkilatlarına da göndərilib.
Qeyd edək ki, Münhen şəhərində yerləşən bütün məscidlərdə Xocalıda öldürülən 613 günahsız insanın ruhuna dualar oxunub.

 

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xocalı faciəsi 2021-02-27 17:08:00

Video