×
A
A
A
Sazlamalar

Amerikalı konqresmen Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat verib

Bakı, 27 fevral, AZƏRTAC

ABŞ-ın İllinoys ştatının Nümayəndələr Palatasının üzvü, Konqresmen Kam Bukner Xocalı qətliamının 29-cu ildönümü ilə əlaqədar bəyanat verib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bəyanatda 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində faciə törədildiyi bildirilir. Bəyanatda, həmçinin deyilir: “Keçmiş sovet ordusunun 366-cı alayının köməyi ilə Ermənistan silahlı qüvvələrinin şəhərə hücumu xaos, şiddət və kütləvi soyqırımı ilə nəticələnib. Hadisədən 29 il sonra Azərbaycan və beynəlxalq ictimaiyyətin tarixindəki o ağrılı gündə qətlə yetirilmiş günahsız mülki şəxslərin xatirəsini hörmətlə anırıq. Həmin gün qətlə yetirilmiş 613 nəfərin və yaralanan 1000-dən çox insanın ailə üzvlərinə səbir, ədalət, sülh və beynəlxalq hüququn aliliyi uğrunda davamlı mübarizədə uğur diləyirəm”.
Qeyd edək ki, Kam Bukner 26-cı dairədən İllinoys Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvüdür.
Bəyanat İllinoysda yaşayan Azərbaycan icmasının üzvü Aygün Rüstəmlinin təşəbbüsü ilə qəbul edilib.

Xocalı faciəsi 2021-02-27 16:11:00