×
A
A
A
Sazlamalar

Gürcüstanın aparıcı informasiya portallarında Xocalı faciəsi ilə bağlı bannerlər və materiallar yerləşdirilib

Tbilisi, 27 fevral, AZƏRTAC

Gürcüstanın aparıcı elektron KİV-ində Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı bannerlər yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, təşəbbüs çərçivəsində ölkənin 25 xəbər saytının əsas səhifələrində yerləşdirilən “Xocalıya ədalət!” kampaniyasının loqosunun üzərindən https://justiceforkhojaly.org/ saytına keçid təmin edilib.
Bundan başqa, “report.ge”, “aktual.ge”, “24 news.ge”, “marneulifm.ge”, “adjara ps.ge”, “interpress.ge”, “gaxa.ge”, “dalğatv.ge” və daha bir neçə KİV-də Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar xüsusi materiallar, reportaj və müsahibələr dərc olunub.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xocalı faciəsi 2021-02-27 13:46:00